Bank Of Baku

Səudiyyə Ərəbistanında İrana casusluqda günahlandırılan dəstə zərərsizləşdirib

 Səudiyyə Ərəbistanında İrana casusluqda günahlandırılan dəstə zərərsizləşdirib
# 22 may 2013 00:28 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Səudiyyə Ərəbistanında İrana casusluq etməkdə şübhəli bilinən 10 nəfər həbs edilib. APA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin rəsmisi Mənsur ət-Türki açıqlama verib. Onun sözlərinə görə, tutulanlardan 8-i Səudiyyə Ərəbistanı, biri Livan, biri isə Türkiyə vətəndaşıdır. “Bu, son bir neçə ay ərzində İrana casusluq etdikləri üçün zərərsizləşdirilmiş ikinci qrupdur”.

Qeyd edək ki, bu ilin martında İrana casusluqda günahlandırlan daha 18 nəfər həbs edilib, məhbuslar arasındakı bir livanlı sonradan dəlil yetərsizliyi səbəbindən sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR