Bank Of Baku

Abbas Əraqçi: “Misirin suriyalı silahlı qrupları dəstəkləməsi İran üçün gözlənilməz olub”

Abbas Əraqçi: “Misirin suriyalı silahlı qrupları dəstəkləməsi İran üçün gözlənilməz olub”
# 18 iyun 2013 11:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın xarici siyasəti dəyişməz qayda və dəyərlər üzərində qurulub, ali dini rəhbərin istiqamətverici bəyanatları çərçivəsində təməllidir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı yerli və xarici jurnalistlər üçün bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, yeni dövlətlərin iş başına gəlməsi ilə bu qayda və dəyişə bilməz: “Əsas olan İran xalqının bütün şərtlərdə hüquqlarını qorumaqdır”.

 

A.Əraqçı deyib ki, Misir prezidenti Məhəmməd Mursinin suriyalı silahlı qruplara dəstək verəcəkləri ilə bağlı açıqlaması İran üçün gözlənilməz olub: “Misirin regionun inkişafında konstruktiv rol oynamasına ümid edirik”.

 

İran xarici işlər nazirinin müavini Türkiyədə Gəzinti parkı ilə bağlı davam edən gərginliyə də toxunub: “Heç bir ölkə Türkiyənin daxili işlərinə qarışmamalıdır. Çünki bu mövzu ölkənin daxili məsələsidir. Biz Türkiyə rəhbərliyinin məsələni həll edəcəyinə inanırıq. İranla qonşu olan bu ölkənin sabitliyi, təhlükəsizliyi və inkişafının vacib olması ilə yanaşı, iki ölkə arasında konstruktiv əlaqələrin davam etdirilməsinin tərəfdarıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR