Bank Of Baku

ABŞ dövlət katibi: “İran indiki mövqeyindən nüvə böhranının həll üçün yararlanmalıdır”

ABŞ dövlət katibi: “İran indiki mövqeyindən nüvə böhranının həll üçün yararlanmalıdır”
# 25 iyun 2013 10:53 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İran ölkədə orta yolu gedəcəyini qarşısına məqsəd qoymuş bir prezidenti seçdikdən sonra yaranmış situasiyadan, mövqeyindən və fürsətdən yararlanaraq özünün nüvə proqramı ilə bağlı dünya ictimaiyyətində yaranmış narahatlığı aradan qaldırmalıdır”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu fikirləri ABŞ dövlət katibi Con Kerri bildirib.

 

Onun sözlərinə görə, İran rəhbərliyi son siyasi prosesləri dəqiq qiymətləndirilməli və danışıqlara başlamalıdır: “İran rəhbərliyinin hazırkı vəziyyətdən istifadə etməsi çox vacibdir”.

 

C. Kerri həmçinin İran rəhbərliyini nüvə proqramının həqiqətən də hərbi deyil, dinc məqsədli olduğunu dünya ictimaiyyətinə sübut etməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR