Bank Of Baku

ABŞ əsgərləri Pakistan taliblərinin liderlərindən birini yaxalayıb - FOTO

ABŞ əsgərləri Pakistan taliblərinin liderlərindən birini yaxalayıb - <span style="color: red;">FOTO
# 12 oktyabr 2013 08:20 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. ABŞ silahlı qüvvələri tərəfindən Pakistan taliblərinin liderlərindən birinin yaxalanması barədə məlumat yayılıb. APA-nın “Al Arabia” saytına istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Meri Harf (Marie Harf) “Təhrikiye Taliban Pakistan” təşkilatının başçılarından biri olan Lətif Məhsudun tutulması xəbərini təsdiqləyib. O bildirib ki, terrorçu təşkilat 2010-cu ildə Nyu Yorkda terror aktı törədilməsi cəhdində və Pakistandakı ABŞ diplomatlara qarşı hücum edilməsində günahlandırılır. M. Harf əlavə edib ki, terrorçular yenidən ABŞ-a qarşı hücum planlaşdırırdılar.

 

ABŞ Müdafiə Nazirliyinin rəsmiləri də L. Məhsudun yaxalanması xəbərini təsdiqləyərək bildiriblər ki, o hazırda ABŞ əsgərləri tərəfindən Əfqanıstanda saxlanılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR