Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın iki vilayətinə endirdiyi zərbələr nəticəsində azı iki nəfər həlak olub, altı nəfər yaralanıb.
APA xəbər verir ki, Nijni Novqorod vilayətində baş verən hücum zamanı bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Eyni zamanda, Belqorod vilayətində həyata keçirilən dron hücumu nəticəsində daha bir nəfər həyatını itirib, iki nəfər yaralanıb.
Hadisələrin təfərrüatı və hücumların nəticələri ilə bağlı əlavə məlumat verilməyib.