Bank Of Baku

ABŞ İrana qarşı sanksiyaları pozmuş Yaponiyanın ən böyük bankını 250 milyon dollar cərimələyib

ABŞ İrana qarşı sanksiyaları pozmuş Yaponiyanın ən böyük bankını 250 milyon dollar cərimələyib
# 24 iyun 2013 07:20 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. ABŞ Yaponiyanın ən böyük bankı olan “The Bank of Tokyo-Mitsubishi UFJ”ni 250 milyon dollar cərimələyib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, buna səbəb bankın İrana qarşı beynəlxalq sanksiyaları pozmasıdır.

 

Xəbərdə bildirilir ki, “The Bank of Tokyo-Mitsubishi UFJ” 2002-2007-ci illər ərzində Nyu-Yorkdakı şöbəsi vasitəsilə İran dövləti və vətəndaşlarına milyardlarla dollar pul köçürüb: “Ancaq bank işçiləri mütəşəkkil şəkildə bu transferlərlə bağlı məlumatları sistemdən silməklə mübadilənin kimlər arasında baş verməsinin izini itiriblər”.

 

Məlumatda həmçinin deyilir ki, “The Bank of Tokyo-Mitsubishi UFJ”nin Nyu-Yorkdakı şöbəsi 100 milyard dollar həcmində 28 min qeyri-qanuni pul transferi həyata keçirib və bununla da sanksiyaları pozub: “Artıq bank rəsmiləri cəriməni qəbul edib və gələcəkdə bu cür pozuntu hallarının baş verməsinə imkan verməyəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR