Bank Of Baku

ABŞ Konqresi İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir

ABŞ Konqresi İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir
# 23 iyul 2013 13:17 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ABŞ Konqresi İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, yeni sanksiyalar İranın xüsusilə dağ-mədən və tikinti sənayesini hədəfə alıb. Xəbərdə bildirilir ki, yeni sanksiyalar təsdiqlənəcəyi təqdirdə, İranın dağ-mədən və tikinti sənayesi “qara siyahı”ya salınacaq. Çünki ABŞ rəsmiləri hər iki sahənin də İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) bağlı olduğunu hesab edirlər. Bu sanksiya həmçinin İranın 2015-ci ilədək ixrac etdiyi neftdən əldə etdiyi bütün gəlirləri itirməsinə gətirib çıxarmağı qarşısına məqsəd qoyub. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Mendez bildirib ki, İrana qarşı yeni sanksiya layihəsi bu ilin sentyabrınadək səsverməyə çıxarılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR