Bakı-APA. Əfqanıstanın şərqində ABŞ təyyarələri səhvən yerli polis postuna zərbə endirib, nəticədə ən azı 5 asayiş keşikçisi həlak olub.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, insident Nanqarxar əyalətində gecə əməliyyatı zamanı baş verib. Taliblərlə döyüşə girən əfqan xüsusi təyinatlıları havadan dəstək istəyib.
Alyans insidenti araşdırmağa başlayıb.