Bakı-APA. ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı Yaponiya sahilləri yaxınlığında qəzaya uğrayıb. APA-nın məlumatına görə, F-15 qırıcı təyyarəsi Okinava sahillərindən 115 kilometr şərqdə dənizə düşüb. Pilot təyyarəni tərk etməyə müvəffəq olub və rabitəçilərlə əlaqə yaradıb. Hazırda ABŞ və Yaponiya xilasediciləri pilotun yerini dəqiq müəyyənləşdirməyə çalışırlar.