Bank Of Baku

AEBA icraçı direktorunun müavini: “İranla danışıqlar hələlik uğurla nəticələnməyib”

AEBA icraçı direktorunun müavini: “İranla danışıqlar hələlik uğurla nəticələnməyib”
# 16 may 2013 06:55 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında intensiv və konstruktiv müzakirələr oldu”. APA-nın məlumatına görə, bunu agentliyin icraçı direktorunun müavini Herman Nakaerts jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, İranla müzakirələr davam etdiriləcək: “Çərçivə sazişinin razılaşdırılması üçün yarım illik səylər hələlik uğurla nəticələnməyib. Buna baxmayaraq, biz dialoqların davam etdirilməsinin tərəfdarıyıq. Lakin bu səylərin hələlik nəticə vermədiyini də etiraf etməliyik. Bununla belə, yekun nəticəyə nail olmaq üçün sonadək səylərimizi davam etdirəcəyik. Növbəti görüşün vaxtını qarşı tərəflə birlikdə müəyyənləşdirəcəyik”.

 

Qeyd edək ki, mayın 15-də Vyanada İranın Avstriyadakı səfirliyində İranla AEBA arasında onuncu nüvə müzakirələri keçirilib. Görüşdə İran nümayəndə heyətinə İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə, qarşı tərəfə isə agentliyin icraçı direktorunun müavini Herman Nakaerts rəhbərlik edib. Ancaq İranla AEBA arasında keçirilmiş 8,5 saatlıq müzakirələr növbəti dəfə nəticəsiz başa çatıb. Tərəflər fikir ayrılığını aradan qaldırmağa nail ola bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR