Almaniya XİN rəhbər: “İranın nüvə silahı istehsal etmədiyinə əmin olmayanadək sanksiyalar davam etdiriləcək”

Almaniya XİN rəhbər: “İranın nüvə silahı istehsal etmədiyinə əmin olmayanadək sanksiyalar davam etdiriləcək”
# 03 avqust 2013 15:05 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranda Həsən Ruhaninin prezident seçilməsi nüvə məsələsinin həlli üçün bir fürsətdir”.

APA-nın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Gido Vestervelle bildirib. Onun sözlərinə görə, gələcəkdə İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri nazirlər səviyyəsində aparıla bilər.

G. Vestervelle deyib ki, yeni hökumətin sözlərini deyil, nümayiş etdirəcəyi rəftarı qiymətləndirmək lazımdır: “Qərb İranın nüvə fəaliyyətləri ilə bağlı müzakirələr mövzusunda bu ölkədə qurulacaq yeni hökumətlə bir nəticə əldə edəcəyimizə ümid edir. İran və Qərb ölkələri arasındakı müzakirələr bu zamana qədər enişli-yoxuşlu olub. Ancaq İranda Həsən Ruhaninin prezidentliyindəki yeni hökumətdən bu müzakirələrin müsbət nəticə verməsini xahiş edirəm”.

Almaniya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Avropa İranın nüvə silahı istehsal etmədiyinə əmin olmayanadək bu ölkəyə qarşı sanksiyalarını və təzyiqlərini davam etdirəcək: “Çünki İranın nüvə fəaliyyətinin şəffaflığından əmin deyilik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR