Bank Of Baku

Amerikalı senator: «İranı nüvə proqramından yalnız hərbi yolla imtina etdirmək olar»

Amerikalı senator: «İranı nüvə proqramından yalnız hərbi yolla imtina etdirmək olar»
# 27 iyul 2013 15:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. «İran sentyabr-oktyabr aylarınadək öz nüvə proqramına hər hansı bir dəyişiklik etməlidir». APA-nın «Oyannews»a istinadən məlumatına görə, bunu ABŞ Konqresinə Cənubi Karolina ştatından seçilmiş respublikaçı senator Lindsi Qraham «İsrail üçün Birləşmiş Xristianlar» təşkilatının VIII illik yığıncağındakı çıxışı zamanı bildirib.

Amerikalı konqresmen deyib ki, İranın mübahisəli nüvə proqramı ilə bağlı heç bir dəyişiklik baş verməsə, ABŞ Konqresinə bu ölkənin nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün hərbi gücdən istifadəyə icazə verəcək qanun layihəsi təqdim edəcək: «Çünki İranı nüvə proqramından yalnız hərbi yolla imtina etdirmək olar. Ancaq müharibə icazəsi təhlükəli oyunun son kartıdır».

Qeyd edək ki, L.Qraham 2010-cu ildən İrana birbaşa və dolayı yolla hərbi müdaxilə edilməsi ilə bağlı açıqlamalar verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR