Bank Of Baku

Avropa Birliyi İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələrindən konkret nəticələr gözləyir

Avropa Birliyi İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələrindən konkret nəticələr gözləyir
# 08 oktyabr 2013 09:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Avropa Birliyi İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələrindən konkret nəticələr gözləyir”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu Avropa Brliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.

 

Onun sözlərinə görə, İranın qarşı tərəfə konkret və konstruktiv təkliflər təqdim edəcəyinə ümid edirlər: “Biz onların rəyini gözləyirik və qısa zamanda irəliləyişin əldə olunmasına ümid edirik. İndi həqiqətən müzakirələrdə konkret nəticələrə nail olmağın zamanıdır”.

 

Qeyd edək ki, oktyabrın 15-16-da Cenevrədə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR