Bakı-APA. Avstraliya sahillərində qeyri-qanuni mühacir daşıyan yarıbatmış gəmi aşkar edilib. Gəminin göyərtəsində 9 nəfərin meyiti aşkarlanıb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, onların İndoneziyadan və ya Şri Lankadan Avstraliyaya gəlməyə çalışan qeyri-qanuni mühacir olduğu bildirilir.
Yarıbatmış gəmi Milad adasından 120 km aralıda aşkarlanıb.