Bank Of Baku

Avstriya hərbçilərini Colan təpələrindən çıxarmağa başlayıb

Avstriya hərbçilərini Colan təpələrindən çıxarmağa başlayıb
# 12 iyun 2013 04:45 (UTC +04:00)

Bakı-APA. Avstriya BMT qoşunlarının tərkibindəki sülhməramlılarını Colan təpələrindən çıxarmağa başlayıb. APA-nın xəbərinə görə, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.

 

Qoşunların çıxarılmasına səbəb Suriyadakı hərbi əməliyyatların Colan təpələri ərazisinədək yayılması olub.

 

Filippin prezidenti Beninyo Akino da filippinli hərbçilərin Colan təpələrindən çıxarılacağını bildirib.

 

Ötən həftə isə Rusiya prezidenti Vladimir Putin Avstriya hərbçilərini Colanda rusiyalıların əvəzə edə biləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR