APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, o, məktubunda Rəfsəncaninin prezidentliyə namizədliyinin İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) tərəfindən rədd edilməsindən narahatlıq keçirdiyini bildirib. H. Xomeyni qeyd edib ki, İran İslam Respublikasında mühüm vəzifələr icra etmiş və hazırda da İran Məsləhət Şurasının sədri olan H. Rəfsəncaninin namizədliyinin rədd edilməsi maraqlı və təəssüf doğuran məqamdır. O, daha sonra məktubunda H.Rəfsəncaninin keyfiyyətlərindən xeyli bəhs edərək onun xalqın yaddaşında əbədi qalacağını vurğulayıb.
Qeyd edək ki, ayətullah Xomeyninin qızı Zəhra Mustəvəfi isə H. Rəfsəncaninin prezidentliyə namizədliyinin İran Konstitusiyasına Nəzarət Şurası tərəfindən rədd edilməsinə etiraz olaraq İranın ali dini lideri, ayətullah Əli Xamneyiyə açıq məktub yazıb.