Bakı. Rəşad Süleymanov – APA. Bağdadda bu gün səhər saatlarında törədilmiş növbəti terror aksiyaları nəticəsində 20 nəfər həlak olub. Bu barədə APA xarici mətbuata istinadən məlumat verib.
«Frans Press» agentliyinin Bağdadın yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, şəhərin müxtəlif rayonlarında səkkiz minalanmış avtomobil eyni anda partladılıb.
Terror aktları nəticəsində təxminən 100 nəfər yaralanıb.