Bakı-APA. Bağdadda kamikadzelərin məsciddə törətdiyi iki partlayış nəticəsində azı 15 nəfər ölüb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, əvvəlcə kamikadzelərdən biri məscidə daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayışdan sonra hadisə yerinə xeyli insan toplaşıb və bu zaman ikinci kamikadze partlayıcı qurğunu işə salıb.
Hadisə nəticəsində 50-dək adam yaralanıb.
Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.