Bakı-APA. İraqın paytaxtı Bağdad şəhərində baş vermiş silsilə partlayışlar nəticəsində 18 nəfər ölüb, 50-dək insan yaralanıb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, Bağdadın müxtəlif rayonlarında 6 avtomobil partladılıb. Ən qanlı terror aktı paytaxtın Yeni Bağdad rayonunda törədilib, burada 5 nəfər partlayışın qurbanı olub.
Bundan başqa, oktyabrın 17-də ölkənin şimalındakı Naynava əyalətində yük maşını partladılıb, nəticədə 15 nəfər ölüb.
Qeyd edək ki, İraqda bu ilin əvvəlindən 6 minədək hücumların və partlayışların qurbanı olub. Yalnız sentyabr ayında bu ölkədə mindən çox insan zorakılıq nəticəsində həlak olub.