Bank Of Baku

Bağdadda və onun ətrafında gün ərzində törədilmiş terror aktları nəticəsində 14 nəfər ölüb, onlarla insan yaralanıb

Bağdadda və onun ətrafında gün ərzində törədilmiş terror aktları nəticəsində 14 nəfər ölüb, onlarla insan yaralanıb
# 07 iyun 2013 01:33 (UTC +04:00)

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, ən qanlı hadisə paytaxtın Taci rayonunda baş verib. Burada terrorçu-kamikadze mina quraşdırılmış avtomobillə polis məntəqəsinin binasına çırpılıb. Partlayış nəticəsində 7 polis ölüb, 10-dan çoxu isə yaralanıb.

 

Bağdaddan 30 km cənub şərqdə yerləşən Nəhravan şəhərciyində mina quraşdırılmış avtomobil partladılıb. Nəticədə 3 yerli sakin ölüb, 20-dək insan yaralanıb.  

 

Analoji hücum El Bayə məhəlləsində törədilib, nəticədə iki nəfər ölüb, doqquz nəfər isə yaralanıb.  

 

BMT-nin məlumatına görə, təkcə may ayında törədilmiş hücum və terror aktları nəticəsində mindən çox insan həlak olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR