Bakı-APA. İndoneziyanın Bali adasında körpü çöküb.
APA-nın “Sinxua” agentliyin istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 7.30 (Bakı vaxtı ilə 15.30) radələrində baş verib.
Körpünün çökməsi nəticəsində ən azı 9 nəfər ölüb, 18 nəfər yaralanıb. Körpünün həddən artıq yükləndiyi üçün çökdüyü ehtimal edilir.