Bank Of Baku

Banqkokda etiraz aksiyası zamanı partlayış baş verib: 8 nəfər yaralanıb

Banqkokda etiraz aksiyası zamanı partlayış baş verib: 8 nəfər yaralanıb
# 17 yanvar 2014 08:18 (UTC +04:00)

Bakı – APA. Tayland paytaxtının mərkəzində baş vermiş partlayış nəticəsində 8 nəfər yaralanıb.

 

APA - nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli “Bly Sky” telekanalı xəbər yayıb.

 

Naməlum şəxslər nümayişçilərin toplaşdığı yerə partlayıcı qurğu atıb. Orada müxalifətin lideri Sutxep Txıaksuban olsa da, ona heç nə olmayıb.

 

Qeyd edək ki, Taylandda müxalifət ölkənin müvəqqəti hökumətinin istefasını, habelə növbədənkənar seçkilərin ləğvini tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR