Bank Of Baku

Banqladeşdə çökən binada ölənlərin sayı 1000 nəfəri ötüb

Banqladeşdə çökən binada ölənlərin sayı 1000 nəfəri ötüb
# 10 may 2013 02:37 (UTC +04:00)

Bakı-APA. Banqladeşin paytaxtı Dakka şəhəri ətrafında aprelin 24-də çökən 8 mərtəbəli binada ölənlərin sayı 1000 nəfəri ötüb.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu Banqladeş ordusunun nümayəndələri açıqlamasında bildirib. Hərbçilər axtarış-xilasetmə işlərini davam etdirir.

 

Qeyd edək ki, binada 4 tikiş fabriki, çoxlu sayda mağaza və bank şöbələri fəaliyyət göstərib. Binanın çökməsinə təhlükəsizlik normalarına zidd quraşdırılmış 4 güclü generatorun səbəb olduğu güman edilir. Belə ki, binada işıqlar söndükdən sonra həm generatorların, həm də tikiş maşınlarının eyni anda işə düşməsi güclü silkələnməyə səbəb olub və bina çöküb. Həmin an içəridə 3,5 mindən çox adam olub. Onlardan 2,4 mindən çoxu xilas edilib.

 

Faciə ilə bağlı 9 nəfər həbs olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR