Bank Of Baku

Barak Obama: “Həm ABŞ, həm də “altılıq” ölkələri İranla dialoqa açıqdır”

Barak Obama: “Həm ABŞ, həm də “altılıq” ölkələri İranla dialoqa açıqdır”
# 18 iyun 2013 10:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Həm ABŞ, həm də “altılıq” ölkələri İranla dialoqa açıqdır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama bildirib.

 

Onun sözlərinə görə, rəsmi Tehran nüvə silahı istehsal niyyətində olmadığını sübut etmədikcə, beynəlxalq sanksiyaların da qaldırılmayacağını bilməsi lazımdır: “İran xalqı bu seçkilərlə dünya ictimaiyyətinə dialoqa ac olduğunu açıq şəkildə göstərdi. Bu səbəbdən Həsən Ruhaninin qələbə qazanması İran xalqının fərqli bir istiqamətə getmək istədiyini nümayiş etdirir. Ancaq seçkilərin nəticələri ABŞ-ın İran hökuməti ilə dərhal görüşməyə hazır olduğu mənasını vermir. Məncə, İran rəhbərliyinin bizim daha ciddi bir şəkildə təmas qurmaq istiqamətindəki təklifimizi qəbul etmək qərarını vermələri üçün bir ehtimal mövcuddur. Bizim üçün mühüm olan İranın beynəlxalq müqavilələr və öhdəliklərə uyğun gəldiyini, nüvə silahı istehsal etmədiyini dünya ictimaiyyətinə sübut etməsidir. Bunu təməl prinsip olaraq götürərək İranla bütün dünya arasındakı əlaqələrin normallaşdırılması üçün alına biləcək bir çox tədbir var. Ancaq onların bu təklifi qəbul etməyə istəkli olub-olmadıqlarını hələlik bilmirik”.

 

B.Obama İranın ali dini lideri, ayətullah Əli Xamneyinin ölkənin mühüm məsələlərində  əsas qərar verən şəxs olduğunu da deyib: “Bu səbəbdən qarşımızdakı həftələr, aylar və illərdə proseslərin necə inkişaf edəcəyinə baxacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR