Bank Of Baku

Bəhreyn İranla hava əlaqəsini dayandırıb

Bəhreyn İranla hava əlaqəsini dayandırıb
# 05 yanvar 2016 17:52 (UTC +04:00)

Bakı-APA.  Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bəhreyn televiziyası məlumat yayıb.

 

Qeyd edək ki, yanvarın 4-də Bəhreyn İranla diplomatik əlaqələri kəsib.

 

Bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

 

Onu da əlavə edək ki, Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Tehranla diplomatik təmsilçilik səviyyəsini aşağı saldığını açıqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR