Bakı. Real Cəfərli – APA. “İrana qarşı tətbiq edilmiş siyasi və iqtisadi sanksiyaların heç bir təsiri yoxdur”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə görüşündə bildirib.
Onun sözlərinə görə, sanksiyalar İranın nüvə fəaliyyətinə heç bir təsir göstərməyib.