Bakı. Real Cəfərli - APA. Suriya prezidenti Bəşər Əsəd İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyiyə məktub yazıb.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, məktub Suriyanın baş naziri Vael əl-Həlqi tərəfindən İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətiyə təslim edilib.
İran mətbuatı məktubun mətnini dərc etməyib. Suriyanın rəsmi xəbər agentliyi isə iki ölkə arasında münasibətlər istisna olmaqla məktubdan ətraflı bəhs etməyib.