Bakı. Real Cəfərli - APA. Beynəlxalq Böhran Qrupu (BBQ) “Böyük arzular: İranın yeni prezidenti və nüvə müzakirələri” başlıqlı hesabat dərc edib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, sənəddə ABŞ prezidenti Barak Obama və onun rəhbərlik etdiyi hökumət İranla “altılıq” ölkələri arasındakı müzakirələrin nəticə verməsi üçün lazımi tədbirlər görməyə çağırılır.
Hesabatda deyilir ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi hazırkı həssas dönəmdə əks nəticə verə bilər. Bu baxımdan Beynəlxalq Böhran Qrupu ABŞ-dan İranın nüvə məsələsinin həlli və problemin çıxılmaz durumdan xilas olması üçün daha yumşaq mövqe nümayiş etdirməsini istəyib.