Bank Of Baku

Beyrutda partlayış törədilib - VİDEO

Beyrutda partlayış törədilib - <span style="color: red;">VİDEO
# 02 yanvar 2014 16:47 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Livanın paytaxtı Beyrutun cənubunda partlayış törədilib. APA-nın “əl-Ərəbiyyə” saytına istinadən xəbərinə görə, partlayış “Hizbullah” təşkilatına məxsus olan “əl-Manar” televiziyanın binası yaxınlığında baş verib.

 

İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

 

Məlumatda həmçinin qeyd olunur ki, son həftə ərzində Livan təhlükəsizlik qüvvələri tərəfindən içərisində partladıcı qurğu quraşdırılmış bir neçə avtomobili zərərsizləşdiriblər.

 

Qeyd edək ki, ötən həftə Beyrutda daha bir partlayış törədilib, nəticədə keçmiş maliyyə naziri və sabiq baş nazir Saad Həririnin xarici siyasət üzrə məsləhətçisi Məhəmməd Çatah həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR