APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna olunmur.
Livan DİN-in məlumatına görə, əhalisi sıx olan rayonda baş vermiş partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Avtomobil rayonun əsas küçəsində, dükan və yaşayış binaların yaxınlığında partladılıb.
Partlayış yaxınlıqdakı binalara ciddi zərər vurub, hadisə yerində güclü yanğın başlayıb.