Bank Of Baku

Binyamin Netanyahu: “Ruhaninin prezidenti seçilməsi İranın nüvə proqramında heç bir dəyişiklik yaratmayacaq”

Binyamin Netanyahu: “Ruhaninin prezidenti seçilməsi İranın nüvə proqramında heç bir dəyişiklik yaratmayacaq”
# 24 iyun 2013 06:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-da nəşr olunan “The Washington Post” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, İran istehsal edəcəyi qitələrarası ballistik raketləri 6 və ya 8 ilə ABŞ ərazisinə göndərə biləcək.

 

B. Netanyahu deyib ki, İranın yeni seçilmiş prezidenti Həsən Ruhani “Danışıq apar, ancaq uranı zənginləşdir” tezisinin yaradıcısıdır: “Ona görə də Ruhaninin İranın yeni prezidenti seçilməsi bu ölkənin nüvə proqramında heç bir dəyişiklik yaratmayacaq. Onun yazdığı kitab da dünya ictimaiyyətinə bu mesajı verir. Həmin kitabda deyilir ki, İranın Qərblə apardığı nüvə danışıqları İsfahandakı reaktorun təkmilləşdirilməsi üçün yaxşı mühit yaratdı”.

 

İsrailin baş naziri vurğulayıb ki, İranın uranı zənginləşdirilməsi prosesinin dayandırması və Fordo yeraltı nüvə obyektini bağlaması yalnız onların istəyi deyil: “Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn məsələdir”.

 

B. Netanyahu əlavə edib ki, İrana qarşı sanksiyalar bu ölkə nüvə siyasətini dəyişdirənədək davam etdirilməlidir: “İsrail isə mövcud təhlükəni aradan qaldırmaq haqqını hələ də özündə saxlayır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR