Bakı – APA. İsrailin baş naziri Binyamin Netanyahu müdafiə nazirinin müavini Dani Danonu istefaya göndərib
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, istefanın səbəbi hələ ki açıqlanmır.
Məlum olduğu kimi, Danon Netanyahunun hazırkı nazirlər kabinetində təhlükəsizlik sahəsində ən əsas tənqidçisi olub.