Bank Of Baku

BMT baş katibi: “İŞİD sıralarında 34 qruplaşmanın silahlıları döyüşür”

BMT baş katibi: “İŞİD sıralarında 34 qruplaşmanın silahlıları döyüşür”
# 06 fevral 2016 02:51 (UTC +04:00)

Bakı-APA. Son hesablamalara əsasən, dünya üzrə 34 müxtəlif qruplaşma İŞİD-ə sadiqlik andı içib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT Təhlükəsizlik Şurasında çıxış edən qurumun baş katibi Pan Qi Mun bəyan edib.

 

Onun sözlərinə görə, 2016-cı ildə bu rəqəm ardıcıl surətdə artacaq.

 

“İŞİD dünyanın ən zəngin terror təşkilatıdır. Bəzi məlumatlara əsasən, 2015-ci ildə qruplaşma neft və neft məhsullarının satışından 400-500 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bundan başqa,  İŞİD-in nəzarəti altında olan ərazilərdə müəssisə və fermerlər silahlılara vergi ödəməli olur. Üstəlik, terrorçular daşınmaz əmlakın müsadirəsi və alqı-satqısı ilə məşğuldur. Dəyişən şəraitə dərhal uyğunlaşan İŞİD-in dünya üçün olduqca təhlükə kəsb edir”, deyə BMT baş katibi vurğulayıb.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR