Bank Of Baku

BMT komissiyası: “İran Yəmənə silah göndərir”

BMT komissiyası: “İran Yəmənə silah göndərir”
# 24 iyun 2013 06:27 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran Yəmənə silah göndərir”.

 

APA-nın məlumatına görə, bu barədə BMT-nin Həqiqətləri Araşdırma Komissiyasının hesabatında bildirilir.

 

Hesabatda deyilir ki, bu ilin may ayında sözügedən komissiyanın mütəxəssisləri Yəmənə səfər ediblər: “Onlar Yəmənin Sahil Mühafizə Xidməti və ABŞ Hərbi-Dəniz Qüvvələrinin bu il yanvarın 23-də Yəmənin sahil sularında ələ keçirdiyi “Dünya” adlı gəmidə araşdırmalar aparıblar”.

 

Sənəddə qeyd edilir ki, gəmidə 122 millimetrlik mərmi, RPG tipi tankvuran, C-4 partlayıcı və elektronik cihazlar mövcud olub: “Gəmidəki silahlarla daha əvvəl ələ keçərilən İran istehsalı silahlarla qablaşdırma və etiketləşdirmə kimi vizual bənzərliklər ortaya çıxarılıb”. Hesabatda həmçinin İranın BMT-nin 2007-ci ildə qəbul etdiyi 1747 saylı qərarına qarşı çıxdığı vurğulanır.

 

Qeyd edək ki, BMT-nin 1747 saylı qərarı İranın öz ərazisi üzərindən gəmi və təyyarə ilə və ya birbaşa və dolayı yollarla silah ticarəti ilə məşğul olması, ya da nəql etməsi qadağandır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR