Bank Of Baku

Bosniya və Herseqovina İranın iki diplomatını “persona non qrata” elan edərək ölkədən çıxarıb

Bosniya və Herseqovina İranın iki diplomatını “persona non qrata” elan edərək ölkədən çıxarıb
# 15 may 2013 20:54 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bosniya və Herseqovina İranın iki diplomatını “persona non qrata” (“arzuolunmaz şəxs”) elan edilib. APA-nın məlumatına görə, bu barədə  Bosniya və Herseqovinanın Təhlükəsizlik Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumatda qeyd edilib ki, Həmzə Dulab Əhməd və Yədidi Söhrab artıq Sarayevonu tərk ediblər: “Onlar diplomatik statuslarından diplomatik nümayəndəliyinin funksiyalarından kənar fəaliyyət üçün istifadə ediblər. Bununla da diplomatik münasibətlərə dair Vyana Konvensiyasının 41-ci maddəsinin müddəalarını pozublar. Bosniya və Herseqovina Təhlükəsizlik Nazirliyinin göstərişi ilə Xarici İşlər Nazirliyi tərəfindən “persona non qrata” elan edilən İranın hər iki diplomatı ölkədən çıxarılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR