Bank Of Baku

Bu gün Rəfsəncaninin qızının məhkəməsi keçiriləcək

Bu gün Rəfsəncaninin qızının məhkəməsi keçiriləcək
# 07 avqust 2013 08:15 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşiminin məhkəmə prosesi keçiriləcək.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, məhkəmə prosesi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində baş tutacaq. F.Haşimi həbsxana qayda-qanunlarını pozmaqda günahlandırılır.

 

Qeyd edək ki, İran təhlükəsizlik qüvvələri F.Haşimini 2012-ci il sentyabrın 22-də axşam saat 23-də mənzilində tutub Tehranın “Evin” zindanına aparıblar. Tehran məhkəməsi ötən ilin yanvar ayında F.Haşimini 6 ay müddətinə azadlıqdan məhrum etsə də, həbsə salınmayıb. Məhkəmə F.Haşimini xaricdə fəaliyyət göstərən müxalif saytlardan birinə müsahibə verməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə günahlandırıb. F.Haşimi 6 aylıq həbs cəzasını tamamladıqdan sonra bu il martın 19-da azadlığa buraxılıb.

 

H.Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR