Bakı. Real Cəfərli - APA. Cənubi Koreyanın bu ilin iyun ayında İrandan xam neft idxalı ümumilikdə 4 milyon 72 min barel olub.
APA-nın məlumatına görə, bu da ötən ilin eyni ayı ilə müqayisədə 23,1 faiz azalma kimi qiymətləndirilir. Rəsmi Seul bu ilin may ayında Tehrandan ümumilikdə 3 milyon 641 min barel “qara qızıl” alıb. Bu da Cənubi Koreyanın iyun ayında İrandan neft idxalının may ayı ilə müqayisədə 12% artdığını göstərir.
Qeyd edək ki, İran Cənubi Koreyanın ən çox neft aldığı ölkələrə sırasında 5-ci yerdə qərarlaşıb.