Bakı. Real Cəfərli-APA. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İrana səfər edəcək. APA-nın İran mətbuatına istinadən məlumatına görə, K. Kılıcdaroğlu bildirib ki, İranın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Əlirza Bigdeli bu günlərdə onunla görüşüb: “Cənab səfir məni İrana dəvət edib və bu ölkəyə səfər edəcəyəm”. Onun sözlərinə görə, Türkiyənin qonşuları ilə münasibətlərinin düzəlməsi və İranla əlaqələrinin inkişafı vacibdir.