Bakı. Real Cəfərli-APA. Çin və Cənubi Koreyanın İrandan neft idxalı artıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Çin bu ilin aprel ayında İrandan 1.53 milyon ton xam neft idxal edib. Ancaq bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 4.3% azdır. Çin bu ilin mart ayında İrandan 1.73 milyon ton xam neft idxal edib.
Cənubi Koreya isə bu ilin aprel ayında İrandan 4.18 milyon barel xam neft idxal edib. Bu göstərici mart ayına nisbətən 4% çoxdur.