Bank Of Baku

Çində 4 yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb

Çində 4 yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 22-yə çatıb
# 11 oktyabr 2016 02:45 (UTC +04:00)

Bakı-APA. Çinin Çjetsyan əyalətində 4 yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib.

 

İnsident oktyabrın 10-a keçən gecə Vençjou şəhərində qeydə alınıb. Məlumata görə, xilasedicilər dağıntılar altından 22 nəfərin meyitini çıxarıb, 8 nəfəri xilas etmək mümkün olub. İnsidentin səbəbləri araşdırılır. Evlərin qanunsuz inşa edildiyi qeyd olunur. 

 

Hazırda axtarış-xilasetmə əməliyyatı başa çatmaq üzrədir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR