Bakı-APA. Çin hökuməti bəzi əyalətlərdə anomal istilərlə bağlı xüsusi rejim elan edib. Ölkənin mərkəzi və şərqi əyalətlərində artıq neçə həftədir ki, temperatur 40 dərəcədən aşağı enmir. APA-nın «Rossiya 24» telekanalına istinadən veridyi məlumata görə, istilər nəticəsində onlarla insan həlak olub. Yüzlərlə insan istivurma və günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
İnsanlar istidən kondisionerlə təchiz olunmuş ticarət mərkəzlərində gizlənməyə çalışırlar.
Meteoroloqların sözlərinə görə, hazırda ölkədə son 140 ilin ən isti yayı müşahidə olunur.