Bank Of Baku

Çində qasırğa nəticəsində 6 nəfər ölüb, 8 nəfər itkin düşüb

Çində qasırğa nəticəsində 6 nəfər ölüb, 8 nəfər itkin düşüb
# 10 iyul 2016 19:01 (UTC +04:00)

Bakı-APA. Çinin şərqində  güclü dağıdıcı qasırğa nəticəsində 6 nəfər ölüb, 8 nəfər itkin düşüb.


APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, Futsyan və Tsyansi əyalətlərində  203 min insan evini tərk etmək məcburiyyətində qalıb.


İki minə yaxın yaşayış evi qismən və yaxud tam dağılıb.  Ümumilikdə, “Nepartak” qasırğasından  449 min nəfər zərər çəkib.  İlkin hesablamalara görə,  ölkəyə  128 milyon ABŞ dolları  ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR