Bank Of Baku

Çində quş qripinin qurbanlarının sayı 19 nəfərə çatıb

Çində quş qripinin qurbanlarının sayı 19 nəfərə çatıb
# 28 yanvar 2014 02:38 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Çinin səhiyyə orqanlarının  məlumatına əsasən, ilin əvvəlindən 96 nəfər virusa yoluxub, 19 nəfər dünyasını dəyişib.

 

Həkimlər virusun insandan insana keçməsini istisna etmirlər. Çinin bir sıra ərazilərində diri quşların satılmasına qadağa qoyulub. Ölkənin şərqində yerləşən Çjetsyan əyalətində 49 nəfər xəstələnib, 12 yerli sakin ölüb.

 

Quş fabrikləri, parklar, köçəri quşların miqrasiya məskənləri xüsusi nəzarətə götürülüb.

 

Şanxayda quş bazarları bağlanıb. Burada ilin əvvəlindən 8 nəfər quş qripinə  yoluxub, onlardan 4-ü ölüb. Quandun əyalətində yanvar ayında 26 nəfər xəstələnib, 4 nəfər həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR