Bank Of Baku

Çində sabiq nazir müavini 15 il azadlıqdan məhrum edilib

Çində sabiq nazir müavini 15 il azadlıqdan məhrum edilib
# 12 yanvar 2016 03:14 (UTC +04:00)

Bakı-APA. Çində Tyançzin şəhər məhkəməsi sabiq Təhlükəsizlik nazirinin müavini Li Dünşeni korrupsiyada ittiham edərək 15 il azadlıqdan məhrum edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, keçmiş nazir müavini bir sıra cinayətlərdə, o cümlədən 3,5 milyon dolları mənimsəməkdə və 1996-2013-cü illərdə vəzifəsindən sui-istifadədə təqsirli bilinib.

 

Li Dünşenin sabiq Təhlükəsizlik naziri Çjou Yunkanla əlaqəli olduğu bildirilir. Qeyd edək ki, ötən ilin yayında korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılan nazirə ömürlük həbs cəzası kəsilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR