Bank Of Baku

Çində sel suları şaxtaya dolub, 12 nəfər şaxtada qalıb

Çində sel suları şaxtaya dolub, 12 nəfər şaxtada qalıb
# 03 iyul 2016 07:35 (UTC +04:00)

Bakı-APA. Çinin Şansi əyalətindəki Tszinçen şəhərində sel suları kömür şaxtasına dolub, 12 nəfər şaxtada qalıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerində fövqəladə xidmət əməkdaşları çalışır.

 

“Shanghai Daily” qəzeti isə yazıb ki, torpaq sürüşməsi nəticəsində Çinin cənubunda ölənlərin sayı 23 nəfərə çatıb, 7 nəfər xəsarət alıb.  Bitsze şəhəri yaxınlığındakı kənddə sürüşmə nəticəsində dağıntılar altında 30 nəfər qalıb. Axtarış əməliyyatlarına 800 əsgər və xilasedici cəlb edilib.

 

Leysan yağışlar başlayandan sonra Çinin cənubunda onlarla insan ölüb və itkin düşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR