Bakı-APA. Çinin Luçjou şəhərində ticarət mərkəzində yanğınla nəticələnən güclü partlayış baş verib, ölənlər var. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli mətbuat məlumat yayıb. Hadisə nəticəsində 30-dan çox insan yaralanıb, ölənlərin sayə müəyyənləşdirilir.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və həkim briqadaları cəlb olunub. Partlayışın təsirindən avtobus dayanacağı uçub, bir neçə avtobus ciddi zədələnib.