Bank Of Baku

Con Kirbi: “YPG terrorçu qruplaşma deyil”

Con Kirbi: “YPG terrorçu qruplaşma deyil”
# 09 fevral 2016 07:13 (UTC +04:00)

Bakı-APA. “Amerika Birləşmiş Ştatları YPG silahlı birləşməsini terror qruplaşması kimi tanımır. Bu birləşməyə dəstək verməkdə davam edəcəyik”.

 

APA-nın xəbərinə görə, bunu Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında deyib. C. Kirbi əlavə edib ki, Türkiyənin YPG-ni terror qruplaşması kimi tanıdığı onlara məlumdur: “Türkiyənin YPG ilə bağlı narahatlğını başa düşürük. Ancaq YPG İŞİD-lə mübarizədə ən güclü qruplardan biridir”.

 

C. Kirbi türkiyə ilə bu məsələnin müzakirəsini davam etdirəcəklərini diqqətə çatdırıb. “Prezident Ərdoğan açıq şəkildə “ya biz, ya onlar” şərtini irəli sürüb. Türkiyə NATO-nun müttəfiqi, IŞİD-ə qarşı mübarizədə kilid nöqtələrindən biridir. Verdiyi dəstək üçün Türkiyəyə minnətdarıq”.  

 

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR