Bakı-APA. Dəməşqin xristianlar yaşadığı rayonunun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda yerli KİV xəbər yayıb.
Üsyançılar Dəməşqin tarixi hissəsini - Bab Tuma adlı kvartalı atəşə tutub.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.