Dominikan Respublikası Tayvanla əlaqələri kəsərək Çin Xalq Respublikası ilə rəsmi diplomatik əlaqələr qurub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, mayın 1-də Çinin paytaxtı Pekində Çin Xalq Respublikası ilə Dominikan Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommunike imzalanıb.
Sənədi Dominikan Respublikasının xarici işlər naziri Miqel Varqas və Çinin XİN rəhbəri Van İ imzalayıblar.
Qeyd edək ki, Dominikan Respublikası Tayvan ilə rəsmi əlaqə saxlayan az sayda ölkələrdən biri idi.