Bank Of Baku

Əfqanıstanda səhvən endirilən hava zərbəsi nəticəsində ölən və yaralananlar var

Əfqanıstanda səhvən endirilən hava zərbəsi nəticəsində ölən və yaralananlar var
# 27 sentyabr 2017 21:48 (UTC +04:00)

ABŞ aviasiyasının Əfqanıstanda səhvən endirdiyi hava zərbəsi nəticəsində ölən və yaralananlar var.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, insident Pentaqon rəhbəri Ceyms Mettisin Əfqanıstana səfəri zamanı baş verib.

 

Əfqanıstanın paytaxtı Kabil hava limanının ərazisi raket atəşinə məruz qalıb. Aeroport ərazisinə 30-dək mərmi düşüb. Bundan sonra ABŞ aviasiyası silahlıların mövqeyinə hava zərbəsi endirib. Mərmilərdən biri səhvən mülki şəxslərin olduğu əraziyə düşüb. NATO-nun Əfqanıstandakı missiyası faktı təsdiqləyib.

 

Qeyd edək ki, bundan əvvəl Əfqanıstanın paytaxtı Kabildə hava limanı ərazisinin raket atəşinə tutulduğu, nəticədə  1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı barədə məlumat yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR